Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Noyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 21-nə keçən gecə və bu gün döyüş bölgələrində vəziyyət gərginləşib. Düşmən xeyli miqdarda canlı qüvvə və zirehli texnika toplayaraq müxtəlif istiqamətlərdə hücuma keçib. Döyüşlər Qarabağın şimalında Sırxavənd kəndi ətrafında, cənubda Füzuli səmtində və qərbdə Laçın istiqamətində gedir. Erməni ekspedisiya korpusunun hissələri bölgədəki itirilmiş mövqelərini geri qaytarmağa cəhd göstərirlər. Hazırda Silahlı Qüvvələrimizin hissələri düşmənin bu niyyətinin qarşısını almaqdan ötrü qanlı döyüşlər aparırlar.
Naxçıvan Muxtar Respublikasında da sakitlik pozulub. Düşmən müntəzəm olaraq Sədərək qəsəbəsini atəş altında saxlayır.
Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Qubadlı və Zəngilan bölgələrində gecə nisbətən sakit keçib.