Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Dünən xəbər vermişdik ki, igid döyüşçülərimiz Qarabağın şimalında düşmənin müqavimətini qıraraq strateji əhəmiyyətli Sırxavənd kəndini azad ediblər. Hazırda bölmələrimiz Sırxavənd kəndinin cənubunda ələ keçirdikləri mövqelərdə möhkəmlənirlər. Döyüşçülərimiz Araçadzor istiqamətində hücum əməliyyatlarını davam etdirirlər.
Laçın rayonunun şimalında gərgin döyüşlər davam edir. Buradakı mövqelər tez-tez gah ermənilərin, gah da bizim döyüşçülərimizin əlinə keçir. Ötən gecə döyüşçülərimiz bir gün əvvəl əldən verdikləri Qorğun dağını geri qaytarıblar.
Zəngilan rayonunun sərhəd kəndləri ən çox atəşə tutulan yaşayış məntəqələridir. Ötən gecə yenə də rayonun Ağkənd, Seyidlər, Qazançı kəndləri və buradakı mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub. Qazançı kəndində 1 nəfər şəhid olub, 2 nəfər isə yaralanıb. Bu gün Ağdam cəbhəsində yerləşən mövqelərimiz və Ağdam şəhərinin özü Naxçıvanik və Gülablı istiqamətindən toplardan ara-sıra atəşə tutulub. Şəhərdə dağıntılar var.