Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 1992 15:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Qarabağın şimal hissəsində döyüş əməliyyatlarını davam etdirirlər. Laçın rayonu ərazisində vəziyyət xeyli gərginləşib.
AĞDAM: 20.11.92 saat 14-də bizim mövqelərimiz və Ağdam şəhəri Naxçıvanik və Gülablı istiqamətindən toplardan ara-sıra atəşə tutulub. Dağıntılar var.
KƏLBƏCƏR: 19.11.92 Laçın rayonunun Sarıbaba, Qorğundağ yüksəkliyi və Fingə kəndi döyüşlər nəticəsində itirilmişdir. 20.11.92 keçən gecə əsgərlərimiz Qorğun dağını geri qaytarmışlar. Fingə kəndi ətrafında döyüşlər gedir. Alınan məlumata görə, qış vaxtı Sarıbaba yüksəkliyinin elə də böyük strateji əhəmiyyəti olmadığına görə, hazırda ora heç bir tərəfin nəzarəti altında deyil.
ZƏNGİLAN: 20.11.92 keçən gecə və gün ərzində Qazançı, Seyidlər, Ağkənd kəndləri Ermənistan ərazisindən top və avtomatlardan atəşə tutulub. Nəticədə Qazançı kəndində 1 döyüşçümüz həlak olub, 2 nəfər isə yaralanıb.
AĞDƏRƏ: 20.11.92 gün ərzində rayonun cənub hissəsində döyüş əməliyyatları davam edir. Döyüşçümüz tutulmuş mövqelərdə möhkəmlənirlər. Sırxavənd və Kiçan kəndlərinin azad edilməsində Mingəçevir (11 ordu korpusunun ehtiyatı) və Gəncə (111 briqada) batalyonları iştirak etmişlər.