Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Dünən xəbər vermişdik ki, igid döyüşçülərimiz Qarabağın şimalında düşmənin müqavimətini qıraraq strateji əhəmiyyətli Sırxavənd kəndini azad ediblər. Hazırda bölmələrimiz Sırxavənd kəndinin cənubunda ələ keçirdikləri mövqelərdə möhkəmlənirlər.
Zəngilan rayonunun sərhəd kəndləri ən çox atəşə tutulan yaşayayış məntəqələridir. Ötən gecə yenə də rayonun Ağkənd, Seyidlər, Qazançı kəndləri və buradakı mövqelərimiz ermənilər tərəfindən atəşə tutulub. Qazançı kəndində 1 nəfər şəhid olub, 2 nəfər isə yaralanıb.