Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Qarabağın dağlıq hissəsində uğurlu döyüş əməliyyatlarını genişləndirirlər. Bütün istiqamətdə Ermənistan ekspedisiya korpusunun silahlı bölmələrinə sarsıdıcı zərbələr endirilir.
Milli Ordu ilə Daxili Qoşunlarımızın Qüvvələri əməliyyatlar zamanı birlikdə hərəkət edəndə, həmişə uğurlu nəticələr qazanılır.
Bu dəfə də belə olmuşdur. Milli Ordunun bölmələri ilə Daxili Qoşunların Qüvvələri birləşərək, bu gün ciddi strateji əhəmiyyət daşıyan Kiçan, Böyük Sırxavənd və onun ətrafındakı eyni adlı iki kəndi tamamilə düşmənlərdən azad ediblər.
Gərgin keçən döyüşlərdə düşmən xeyli itki vermişdir. Ordumuzun döyüşçüləri düşmənin 1 tankını, 3 piyadaların döyüş maşınını və 100-dən artıq əsgərini məhv ediblər. Bununla da, döyüşçülərimiz Xankəndi şəhəri istiqamətdə xeyli irəliləyərək əsas maneələrdən birini aradan qaldırıblar.
Döyüşlər davam edir. Ermənistan ekspedisiya korpusunun silahlı bölmələri, Azərbaycan əsgərlərinin misilsiz hünəri və igidliyi qarşısında tab gətirməyərək geri çəkilir.
Əsas mövqelərdə ağır məğlubiyyətə düçar olan erməni silahlıları, bu gün saat 11 radələrində uzaq məsafədən Ağdam şəhərini top atəşinə tutublar. Düşmənlər eyni zamanda Qarabağ səmtindən Laçın ərazisinə hücuma keçməyə cəhd göstəriblər. Döyüşçülərimiz düşmənə müqavimət göstərirlər.
Bu gün keçmiş Hadrut rayonu ərazisində yuva quran düşmənlər tərəfindən Topağac dağındakı mövqelərimiz toplardan atəşə tutulub. Döyüşçülərimizdən biri yaralanıb.
Döyüşlər davam edir.