Azərbaycanla Ermənistanın sərhədində yerləşən bölgələrimizin bir çoxunda sakitlik hökm sürsə də, düşmən sərhəddə yerləşən bir sıra yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Ötən gecə Zəngilan rayonunun Qazançı və Seyidlər kəndləri avtomat və pulemyotlardan, noyabrın 19-na keçən gecə düşmən Laçın rayonunun Hocaz kəndini də toplardan atəşə tutub. Düşmənə cavab atəşi açılıb.
Dünən, noyabrın 18-də axşam Ağdam cəbhəsindəki mövqelərimizin Əsgəran istiqamətindən atəşə tutulması nəticəsində 2 döyüşçümüz yaralanıb.