Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 1992 15:00

Müdafiə Nazirliyinin məlumatı

Əməliyyat şəraiti gərgin olaraq qalır. Ermənilərin Qarabağın şimalındakı hücum cəhdləri boşa çıxmışdır. Bu istiqamətdə müvəffəqiyyətə nail olmayan düşmən Qarabağın cənubunda vəziyyəti gərginləşdirməyə çalışır. Sərhəd bölgələrindəki mövqelərimiz atəşə tutulmaqda davam edir.
TƏRTƏR: 16.11.1992 Çıldıran kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə Silahlı Qüvvələrimizin 8 əsgəri şəhid olub, 40 döyüşçümüz isə yaralanıb. Düşmənin 100-dən yuxarı yaraqlısı məhv edilib.
16.11.92 əsgərlərimiz Çıldıran ətrafındakı mövqelərdə möhkəmlənirlər.
FÜZULİ: 16.11.92 saat 19 radələrində rayon mərkəzi və Dövlətyarlı kəndi toplardan atəşə tutulub. Saat 21-22 radələrində Beyləqan istiqamətində hücuma keçmək cəhdi göstərilib. Topçularımızın səyi ilə düşmən geri oturdulub. Saat 22:30-da ermənilər Divanallar istiqamətində hücuma keçərək 2 mövqeimizi ələ keçiriblər. 17.11.92 saat 02:00 radələrində əks hücumla düşmən mövqelərimizdən vurulub çıxarılıb. Biz tərəfdən 8 nəfər şəhid olmuş, 7 nəfər isə yaralanıb. Saat 05:40 radələrində Üryandağ istiqamətindən Dövlətyarlı kəndinə 4 mərmi atılıb.
CƏBRAYIL:  17.11.92 keçən gecə Quşçular kəndi Şişqaya istiqamətindən avtomat və pulemyotlardan atəşə tutulub.
ZƏNGİLAN: 16.11.92 saat 23-24 radələrində Seyidlər, Günqışlaq, Sarılı Həştab, Kolluqışlaq, Qazançı, və Vejnəli kəndləri Ermənistanın Mehri rayonu ərazisindən avtomat və pulemyotlardan atəşə tutulub.
QUBADLI: 17.11.92 saat 12:30 – 13:00 radələrində ermənilər Bozdağ məntəqəsi, Kornidzor, Xındzoresk kəndləri istiqamətlərindən Güləbirdi minaatanlardan atəşə tutublar.
GƏDƏBƏY: 17.11.92 saat 13:00 radələrində batalyonun 3 əsgəri Mutudərə kəndindən sərhədə gedən yolda minaya düşərək həlak olmuşlar.
TOVUZ: 16.11.92 saat 21:20-də Muncuqlu və Hacıalı kəndləri Şəmşəddin rayonu istiqamətindən avtomatlardan atəşə tutulub.