Bu gün noyabrın 12-də saat 14:00-da nəzərdə tutulan görüş, Azərbaycan və Ermənistan Respublikalarının MN-nin və BQXC-nin hər iki respublikalardan olan səlahiyyətli nümayəndələri ilə danışıqlar Qazax və İcevan rayonlarının sərhədində keçirilib.
Bu görüşdə Azərbaycan Respublikası MN tərəfindən Analitik İnformasiya Mərkəzinin rəisi L.Yunusova və Hərbçilərin Sosial-Müdafiə şöbəsinin rəisi Daşdəmir Məmmədov, Ermənistan tərəfindən isə baş sərhəd komissarı Qriqori Qriqpryan, Ermənistan Respublikasının MN-nin Hərbçilərin Sosial-Müdafiə şöbəsinin rəisi Andronik Arşagen və hər iki respublikalardan 2 nəfər BQXC səlahiyyətli nümayəndələri iştirak ediblər. Bu görüşün təşkilində vasitəçiliyi BQXC səlahiyyətli nümayəndələri öz üzərinə götürüb.
Danışıqların yeganə məqsədi münaqişə zonalarında əsir düşən hərbçilərin və mülkü şəxslərin hüquqi statusları, onların hüquqi vəziyyəti haqqında təkliflər və mülkü şəxslərin BQXC tərəfindən azad edilməsində rolu və sairə.
Bu görüş haqqında ətraflı video məlumatı yaxın günlərdə sizə təqdim ediləcək.