Döyüş bölgələrində vəziyyət sabit olaraq qalır. Ötən gecə və bu gün cəbhə xətti boyu ağır və yüngül silahlardan arabir atışmalar qeydə alınıb. Döyüşçülərimiz tutduqları mövqelərdə möhkəmlənirlər. Saat 12-ə yaxın Ağdam rayonunun Şelli və Çuxurməhlə kəndləri erməni mövqeləinrdən top atəşinə tutulub. Topçularımız düşmənin atəş nöqtələrini susdurublar.
Azərbaycan tərəfi dövlət səviyyəsində əsirlərin və münaqişə zonasında qalan mülki şəxslərin vəziyyətini müəyyən edən qanunverici aktların dövlət səviyyəsində qəbul edilməsi təşəbbüsü ilə çıxış edib. Hələ iyulun 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi Goranboy rayonunda yaşamış və Ermənistana getmək niyyətli olduqlarını bidirmiş 19 erməni sakinini Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndə heyətinə təhvil verib. Bu da Nazirliyin Qırmızı Xaç Komitəsinə onun xeyirxah işində ilk köməyi oldu.
Azərbaycan tərəfinin təklifi yalnız o vaxtı gözlənilən nəticə verə bilər ki, hər iki respublikada eyni məzmunlu qərarlar qəbul edilsin və mülki şəxslərin Qırmızı Xaç nümayəndəliyinə təhvil verilməsinə nəzarət edən məsul şəxslər təyin edilsin.
Bu məsələyə dair mövqelərin uyğunlaşdırılması məqsədi daşıyan ilk görüş iki respublika müdafiə nazirlərinin səlahiyyətli nümayəndələri səviyyəsində sabah, noyabrın 12-də, Azərbaycan-Ermənistan sərhədində keçiriləcək. Görüşün yekunları haqqında ətraflı məlumat sizə çatdırılacaq.