AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ümumiyyətlə cəbhələrdə vəziyyət sabitdir. Nisbi sakitlik hökm sürür.
QUBADLI: Vəziyyət dəyişməyib. Güləbird bizdə, Səfiyan, Quşçular, Türklər kəndləri və Qızqəbri yüksəklikləri ermənilərdədir.
TƏRTƏR: Sırxavənd ətrafında ötən gecə ara-sıra atışmalar olub.
AĞDAM: Saat 12-də Şelli və Çuxurməhlə kəndləri top atəşinə tutulub.
FÜZULİ: 09.11.1992 günün dağıntıları təmizlənib.