AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bir neçə gündən bəri münaqişə zonasındakı sabitləşmiş vəziyyət yenidən dəyişmişdir.
Dünən xəbər verilmişdir ki, Füzuli rayonunu tanınma nişanı olmayan təyyarə bombalamışdır. Bu faciə nəticəsində 20 nəfər yaralanıb, 2 nəfər həlak olub.
Sərhəd bölgələrində narahatlıq yalnız Zəngilan rayonu ərazisində olub. Ötən gecə Şükürataz yüksəkliyi Mehri istiqamətindən tank və “Qrad” qurğularından atəşə tutulub. Nəticədə 1 nəfər döyüşçümüz yaralanıb. Digər münaqişə bölgələrində gecə nisbətən sakit keçib.