Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Qısa fasilədən sonra münaqişə zonasında bir qədər sabitləşmiş vəziyyət yenidən gərginləşib. Bu əsasən Qarabağın cənubunda özünü biruzə verib. Bu gün, noyabrın 9-u səhər saat 10 radələrində Cəbrayılın Quşçular kəndi Ağyol məntəqəsi istiqamətindən avtomat və pulemyotlardan atəşə tutulmuş, nəticədə 1 döyüşçümüz yaralanmışdır. Saat 16 radələrində isə Füzuli şəhəri və Dövlətyarlı kəndi tanınma nişanı olmayan təyyarədən bombalanmışdır. Bombardman nəticəsində yaşayış məntəqələrimiz xeyli dağıntıya məruz qalmışdır. Saat 17:30-a olan məlumata əsasən Füzuli şəhərində 10 nəfər yaralanmış, 2 qadın həlak olmuşdur. Dövlətyarlıda isə 7 nəfər yaralanmışdır. Hava hücumundan sonra Dövlətyarlı kəndi ermənilərin möhkəmləndiyi Düdükçü istiqamətindən toplardan atəşə tutulub. Topçularımız sərrast atəşlə düşməni susmağa məcbur etmişdir.
Laçın həndəvərindəki məntəqələrdə və keçmiş Ağdərə rayonunun Vəng, Araçadzor, Sırxavənd kəndləri ətrafında mövqe döyüşləri şiddətlənib. Burada ağırlıq topçularımızın üzərinə düşür.
Keçən gecə Ağdamın Mərzili kəndi Xocavənd rayonunun Qarakənd istiqamətindən top və tanklardan atəşə tutulub. Zərərçəkən olmayıb.
Ötən gecə və bu gün Ermənistanla sərhəd ərazilərdə sakitlik hökm sürüb. Bu gün səhər Zəngilan rayonunun Ağkənd, Qazançı, Seyidlər kəndləri Ermənistan ərazisindən avtomat silahlardan atəşə məruz qalıb.