Laçın rayonunun şimalında güclü qar yağdığından döyüş əməliyyatları aparmaq xeyli çətinləşib. Düşmən bu istiqamətdə yerləşən mövqelərimizi və Hocaz kəndini atəşə tutub. Cavab atəşilə düşmən susdurulub.
Dünən də Ağdam rayonunun atəşə tutulması davam edib. Cəbrayıl istiqamətdə yerləşən Sur kəndi də ermənilər tərəfindən atəşə tutulub.
Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi yaxınlığında dünən və bu gün avtomat və pulemyotlardan atışmalar gedib.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.