AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Laçın rayonunun şimalında güclü qar yağdığından döyüş əməliyyatları aparmaq xeyli çətinləşib. Düşmən bu istiqamətdə yerləşən mövqelərimizi və Hocaz kəndini atəşə tutub. Cavab atəşilə düşmən susdurulub.
Dünən də Ağdam rayonunun atəşə tutulması davam edib.
Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi yaxınlığında dünən və bu gün avtomat və pulemyotlardan atışmalar gedib.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.