Son günlər Azərbaycanın həm Ermənistanla sərhəd bölgələrində, həm də Qarabağın ərazisində genişmiqyaslı döyüş əməliyyatları aparılmır. Belə bir vəziyyətin yaranmasının əsas səbəbi münaqişə zonalarında havaların soyumasıdır. Hazırda döyüş əməliyyatı gedən bölgələrin əksəriyyətində güclü yağış və qar yağır. Bu da texnikanın və piyadaların hərəkətini son dərəcə çətinləşdirir. Ötən gecə demək olar ki, bütün münaqişə bölgələrində nisbi sakitlik olmuşdur. Bu gün isə ermənilər Kətuk və Fərrux istiqamətindən Ağdam şəhərini toplardan və “Qrad” qurğularından atəşə tutublar. Şəhərdə xeyli dağıntı, ölənlər və yaralananlar var. Bizim artilleriya cavab atəşi açıb.