AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Son günlər Azərbaycanın həm Ermənistanla sərhəd bölgələrində, həm də Qarabağın ərazisində genişmiqyaslı döyüş əməliyyatları aparılmır. Belə bir vəziyyətin yaranmasının əsas səbəbi münaqişə zonalarında havaların soyumasıdır. Hazırda döyüş əməliyyatı gedən bölgələrin əksəriyyətində güclü yağış və qar yağır. Bu da texnikanın və piyadaların hərəkətini son dərəcə çətinləşdirir. Ötən gecə demək olar ki, bütün münaqişə bölgələrində nisbi sakitlik olmuşdur.