Xəbər vermişdik ki, son bir neçə gündə münaqişə zonalarının əksəriyyətində nisbi sakitlik omuşdu. Lakin dünən axşam və ötən gecə erməni tərəfi bu sakitliyi pozaraq həm Qarabağdakı, həm də sərhəd bölgələrindəki yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutmağa başlamışdır.
Noyabrın 5-i axşam və ötən gecə Tovuz rayonunun Hacıalı, Əlibəyli, Ağkənd və Yuxarı Öysüzlü kəndləri, Ağstafanın Köhnəqışlaq kəndi, Gədəbəyin Mutudərə, Mormor kəndləri, Zəngilanın Günqışlaq, Ağbis, Kollu, Yeməzli, Qazançı, Seyidlər və Qaragöl kəndləri Emənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Qaragöl kəndində 1 nəfər şəhid olub, 1 nəfər isə yaralanıb. Bu gün yenə Zəngilanın Qazançı və Günqışlaq kəndləri top atəşinə məruz qalıb.
Düşmən Qarabağ ərazisində də mövqelərimizi atəşə tutur. Ötən gecə Füzuli istiqamətində yerləşən mövqelərimiz Uryandağ istiqamətindən artilleriya atəşinə məruz qalıb. Bu gün Füzuli rayonunun mərkəzi və Dövlətyar kəndi də erməni mövqelərindən atəşə tutulub. Ağdam şəhərinin top atəşinə tutulması nəticəsində şəhərdə təlafat var. Bu gün Cəbrayıl istiqamətdə də - Quşçular kəndinin yaxınlığında atışma olub.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.