Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Noyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Qarabağ ərazisində və Ermənistanla sərhəd bölgələrində noyabrın 5-nə keçən gecə yenidən mühüm dəyişiklik olmayıb. Dünən axşam Zəngilan rayonunun Qazançı, Seyidlər, Kolluqışlaq, Şükürataz yüksəkliyi Ermənistanın Qafan və Mehri rayonları istiqamətlərindən top və iriçaplı pulemyotlardan atəşə tutulub. Ötən gecə Füzuli cəbhəsində və Naxçıvan MR-nın Sədərək qəsəbəsi ətrafında sakitliyi ara-sıra atışmalar pozub. Döyüşçülərimiz Laçın rayonunun cənub hissəsində, Güləbird kəndindən şimalda Səfiyan kəndi istiqamətindəki mövqelərdə möhkəmlənirlər.
Digər döyüş zonalarında vəziyyət sabit olaraq qalır.