Qarabağ ərazisində və Ermənistanla sərhəd bölgələrində aparılan döyüş əməliyyatlarının intensivliyi müəyyən qədər azalmışdır. İkinci gündür ki, münaqişə bölgələrinin əksəriyyətində nisbi sakitlik hökm sürür. Ötən günlər düşmən həm texnika, həm də canlı qüvvə sarıdan xeyli itki verdiyindən hazırda itkilərin yerini doldurmadan genişmiqyaslı hərbi əməliyyat aparmaq iqtidarında deyil. Noyabrın 4-də Zəngilan rayonunun Şükürataz, Seyidlər, Qazançı kəndləri bütün gün ərzində Ermənistan ərazisindən atəşə tutulub. Bu gün Cəbrayıl istiqamətində yerləşən döyüşçülərimiz ermənilərin bir UAZ markalı avtomaşınını da məhv ediblər.