AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qarabağ ərazisində və Ermənistanla sərhəd bölgələrində aparılan döyüş əməliyyatlarının intensivliyi müəyyən qədər azalmışdır. İkinci gündür ki, münaqişə bölgələrinin əksəriyyətində nisbi sakitlik hökm sürür. Ötən günlər düşmən həm texnika, həmd də canlı qüvvə sarıdan xeyli itki verdiyindən hazırda genişmiqyaslı hərbi əməliyyat aparmaq iqtidarında deyil. Hazırda düşmənin itkilərin yerini doldurmaq üçün tədbir gördüyünü güman etmək olar.