Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Ordusunun Ağdam bölmələri Fərrux və Xanabad məntəqələri uğrunda uğurlu döyüşlərini davam etdirirlər. Son bir neçə gündə düşmən burada böyük sayda zirehli texnika və canlı qüvvə sarıdan itki verib. Buna əlavə olaraq bu gün Əsgəran üzərində ermənilərin hərbi vertolyotu vurulub. Beləliklə axır həftə ərzində düşmənin 2 təyyarəsi və 1 vertolyotu topçularımız tərəfindən yerə salınıb.
Neçə gündən bəri Qarabağ ərazisində və Ermənistanla sərhəd bölgələrində davam edən döyüşlər bu gün bir az səngimiş, qarşılıqlı atışmalar müəyyən qədər azalmışdır. Ötən gecə demək olar ki, bütün münaqişə bölgələrində nisbi sakitlik olub. Aldığımız məlumata görə, noyabrın 3-nə keçən gecə Zəngilan rayonunun Qazançı, Ağkənd və Seyidlər kəndləri Qafan ərazisindən avtomatlardan və pulemyotlardan atəşə məruz qalıb. Bu gün gündüzə yaxın isə Tovuz rayonunun Ağdam kəndinə Ermənistanın Berd rayonu ərazisindən bir neçə top mərmisi atılıb. Hər iki halda düşmənə layiqli cavab verilib.