Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Neçə gündən bəri Qarabağ ərazisində və Ermənistanla sərhəd bölgələrində davam edən döyüşlər bir az səngimiş, qarşılıqlı atışmalar müəyyən qədər azalmışdır. Ötən gecə demək olar ki, bütün münaqişə bölgələrində nisbi sakitlik olmuşdur. Aldığımız məlumata görə, noyabrın 3-nə keçən gecə Zəngilan rayonunun Qazançı, Ağkənd və Seyidlər kəndləri Ermənistanın ərazisindən avtomatlardan və pulemyotlardan atəşə məruz qalıb.