Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Son günlər düşmənə sarsıdıcı zərbələr endirilmiş, Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu təşəbbüsü öz əlində saxlayır, işğal edilmiş torpaqlarımızın erməni təcavüzkarlarından azad edilməsi əməliyyatlarını davam edir.
Dünən Gədəbəy bölgəsində yerləşən döyüşçülərimiz düşmənin 1 PDM-ni və 6 əsgərini məhv ediblər.
Füzuli cəbhəsində yerləşən topçularımız isə Qırmızı bazar və Tuğ istiqamətindəki erməni mövqelərini atəşə tutublar. Sərrast atəşlə düşmənin 1 topu və sursatla dolu 2 yük maşını məhv edilib.