Bu gün Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində Respublikamızın Silahlı Qüvvələri ərazimizin erməni tör-töküntülərindən təmizlənməsindən ötrü zəruri tədbirlər görmüşlər. Qubadlı bölgəsində yerləşən bölmələrimizin səyi nəticəsində Laçın rayonunun Səfiyan, Quşçular, Türklər, Aşağı Fərəcan kəndləri azad edilib. Əməliyyat zamanı düşmənin üç tankı, 1 PDM-i, 4 qumbaraatanı, 2 iri canlı pulemyotu, xeyli miqdarda atıcı silahı və minaları qənimət kimi ələ keçirilib. Erməni işğalçıları mövqelərini qoyub qaçırlar.
Respublikamızın şimal-qərbində Gədəbəy, Qazax, Tovuz rayonlarında yerləşən bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirərək onun İcevan və Şəmşəddin rayonlarındakı hərbi birləşmələrini darmadağın etmişlər. Hazırda Ermənistan-Azərbaycan sərhədindəki hakim yüksəkliklər döyüşçülərimizin əlindədir. Düşmənin bir neçə zirehli texnikası məhv edilmiş və onun xeyli miqdarda atıcı və tank əleyhinə silahları qənimət kimi ələ keçirilib.
Digər döyüş əməliyyatı rayonlarında vəziyyət dəyişməyib.