Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Xəbər verilmişdi ki, dünən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən bölmələri erməni ordusunun təcavüzünə cavab olaraq düşmənin hərbi bazalarına və silahlı birləşmələrinə güclü zərbələr endirmişlər. Bundan sonra döyüş əməliyyatları Ermənistan ərazisinə keçirilmişdi. Bu gün aldığımız xəbərə görə, düşmənin iri hərbi qruplaşmasını məhv edən döyüşçülərimiz dövlət sərhədini tamamilə bərpa etmişlər.
Füzuli rayonundakı mövqelərimiz düşmən tərəfindən atəşə tutulub. Cavab atəşilə düşmənin hərbi sursatla dolu bir maşını məhv edilib.
Ötən gecə və bu gün səhər cəbhənin digər yerlərində nisbi sakitlik hökm sürüb.