Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Münaqişə zonalarında çoxlu qar yağmasına baxmayaraq torpaqlarımızın erməni faşist işğalçılardan təmizlənməsi uğrunda Azadlıq müharibəsi aparan Azərbaycan Silahlı Qüvvələri bütün sərhəd boyu təşəbbüsü öz əllərində saxlayırlar. Dekabrın 26-sı səhər ermənilər Zəngilan rayonunun Kollu Qışlaq kəndini və bu ərazidəki gözətçi məntəqələrini atəşə tutub. Döyüşçülərimiz cavab atəşilə düşmənin Ermənistan ərazisindəki atəş nöqtələrini susdurublar.
Ermənistan ordusunun bölmələri isə işğal etdikləri Azərbaycan torpaqlarında qüvvələrini cəmləşdirərək buradan mövqelərimizə həmlələr etməyə çalışırlar. Dünən axşam və ötən gecə düşmən tankların köməyi ilə 3 dəfə zəbt etdikləri Yuxarı Veysəlli kəndi istiqamətindən Füzuli rayonundakı mövqelərimizə hücuma keçiblər. Döyüşçülərimiz əks-zərbə ilə düşməni geri oturdublar.
Dekabrın 25-i axşam Cəbrayıl rayonunun Nusus və Qazanzəmi məntəqələri atəşə tutulub.