Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hissələri Azərbaycan-Ermənistan sərhədi boyunca təşəbbüsü öz əllərində saxlayırlar. Bunu görən ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından vəziyyəti gərginləşdirməyə çalışırlar. Dünən axşam və ötən gecə erməni silahlı birləşmələri tankların köməyi ilə 3 dəfə zəbt etdikləri Yuxarı Veysəlli kəndi istiqamətindən Füzuli rayonundakı mövqelərimizə hücuma keçiblər. Döyüşçülərimiz əks-zərbə ilə düşməni geri oturdublar.
Dekabrın 25-i axşam Cəbrayıl rayonunun Nusus və Qazanzəmi məntəqələri atəşə tutulub.