Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 24-ü səhər Ermənistan ordusunun hissələri Zəngilan rayonu ərazisində yenidən dövlət sərhədini pozaraq Quyudərə-Həştad və Yuxarı Yeməzli kəndləri istiqamətində hücuma keçmişdilər. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün qüvvələrini səfərbər edərək düşmənin hücumunun qarşısını almış və onu sərhədlərimizdən kənara atmışlar. Döyüşçülərimiz müvəffəqiyyətli döyüş əməliyyatlarını genişləndirərək daha əlverişli mövqeləri ələ keçiriblər. Bütün gün ərzində davam edən döyüş nəticəsində ermənilər 50-yə qədər əsgər itirmişlər.
Düşmən Qubadlı rayonunun sərhədlərində də dinc durmur. Bu istiqamətdə yerləşən erməni ordusunun hissələri dövlət sərhədini pozmaq üçün fürsət axtarırlar. Burada yerləşən bölmələrimiz düşmənin bütün hücumlarının qarşısını almağa qadirdirlər. Dünən axşam ermənilər rayonun Göyyal kəndini atəşə məruz qoyublar. Döyüşçülərimiz cavab atəşi açaraq düşmənin atəş nöqtələrini susdurublar.