Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy bölgəsində yerləşən hissələrinin Ermənistan-Azərbaycan sərhədində keçirdikləri əməliyyat nəticəsində bu ərazidə yerləşən yaşayış məntəqələrimizin düşmən tərəfindən atəşə tutulmasına son qoyulub. Döyüşçülərimiz bu istiqamətdəki hakim yüksəkliklərdə möhkəmlənərək ermənilərin sərhəd zolağındakı strateji obyektlərini artilleriya nəzarəti altında saxlayırlar.
Bu gün səhər Ermənistan ordusunun hissələri Zəngilan rayonu ərazisində yenidən dövlət sərhədini pozaraq Quyudərə-Həştad və Yuxarı Yeməzli kəndləri istiqamətində hücuma keçmişdilər. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün qüvvələrini səfərbər edərək düşmənin hücumunun qarşısını almış və onu sərhədlərimizdən kənara atmışlar. Döyüşçülərimiz müvəffəqiyyətli döyüş əməliyyatlarını genişləndirərək daha əlverişli mövqeləri ələ keçiriblər. Bütün gün ərzində davam edən döyüş nəticəsində ermənilər 50-yə qədər əsgər itirmişlər.
 Dünən axşam Qazax rayonunun Şıxlı kəndi Ermənistan ərazisindən avtomat və pulemyotlardan atəşə tutulub.
Cəbhənin digər sahələrində nisbi sakitlikdir.