Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Cəbhədə son günlər bərqərar olan sakitlik hökm sürməkdədir. Buna baxmayaraq əsgərlərimiz torpaqlarımıza edilə biləcək hər hansı bir növbəti qəsdin qarşısını almaq üçün öz sayıqlıqlarını itirmir, düşmənə daimi gözlənilməz zərbələr endirirlər.
Bu gün, dekabrın 21-də səhər saat 5-dən başlayaraq, 2 saat ərzində Ordumuzun hissələri Qubadlı rayonunun sərhədinin yaxınlığında yerləşən Ermənistanın Gorus rayonunun Davidbek məntəqəsi ətrafındakı hərbi qruplaşmalara artilleriya qurğularından atəş açmışlar. Bu sarsıdıcı atəş nəticəsində düşmənin xeyli hərbi sursatı və canlı qüvvəsi məhv edilib.
Bu gün, dekabrın 21-də günortadan sonra Cəbrayıl istiqamətindəki Qışlaq gözətçi məntəqəsi, Zəngilan rayonunun Şərikan, Quyudərə-Həştad kəndləri düşmən tərəfindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Cavab atəşilə düşmən susdurulub.