Cəbhədə son günlər bərqərar olan sakitlik hökm sürməkdədir. Buna baxmayaraq əsgərlərimiz torpaqlarımıza edilə biləcək hər hansı bir növbəti qəsdin qarşısını almaq üçün öz sayıqlıqlarını itirmir, düşmənə daimi gözlənilməz zərbələr endirirlər.
Bu gün, dekabrın 21-də səhər saat 5-dən başlayaraq 2 saat ərzində Ordumuzun hissələri Qubadlı bölgəsinin sərhədində yerləşən Ermənistanın Davidbek məntəqəsi ətrafındakı hərbi qruplaşmalara artilleriya qurğularından atəş açılmışdır. Bu atəş nəticəsində düşmənin xeyli hərbi sursatı və canlı qüvvəsi məhv edilib.