Dekabrın 16-dan 17-nə keçən gecə və səhər cəbhədə ümumi vəziyyət demək olar ki, mövqe döyüşləri xarakteri daşıyır.
Erməni qəsbkarları tərəfindən bizim torpaqlarımızın zəbt edilməsi cəhdləri kəsilmir. Dünən axşam dekabrın 16-da erməni ordusu Zəngilan rayonu ərazisində bir daha sərhədimizi pozaraq Razdərə və Kolluqışlaq kəndlərinə hücuma keçiblər. Düşmənin bu hücumunun qarşısı alınıb və erməni silahlı birləşmələri bizim sərhəddən geri atılıb. Bununla kifayətlənməyən düşmən Zəngilan rayonunun Şayıflı və Şərikan kəndlərini artilleriya atəşinə tutub.
Tovuz rayonunda da ara-sıra atışmalar qeydə alınıb. Dünən axşam rayonun Əlibəyli, Hacalı kəndləri PDM və avtomatlardan atəşə tutulub. Zərərçəkən yoxdur.
Dekabrın 16-sı axşam Ağdam cəbhəsindəki mövqelərimiz Əsgəran səmtindən, Cəbrayıl istiqamətindəki gözətçi məntəqələrimiz müxtəlif təyinatlı silahlardan atəşə məruz qalıb.