Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Bugün bütün cəbhə boyu gedən hərbi əməliyyatlar artilleriya döyüşü xüsusiyyəti daşıyırdı.
Zəngilan rayonunda erməni faşistləri tərəfindən zəbt olunmuş kəndlər uğrunda döyüşlər davam edir. Rayonun ərazisi Ermənistan tərəfindən ara-sıra atəşə məruz qalmışdır.
Laçın rayonunun şimalında mövqe döyüşləri davam edir. Buradakı döyüşçülərimiz ələ keçirdikləri mövqelərdə möhkəmlənirlər. Dünən Laçın rayonunun cənubunda, Güləbird kəndi istiqamətində atışmalar baş verib.
Bu gün səhər Cəbrayıl rayonu Sur, Qışlaq və Doşullu gözətçi məntəqələri Hadrut istiqamətindən atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.
Digər döyüş bölgələrində nisbi sakitlik olub.