AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Zəngilan rayonunun bəzi kəndləri yenə də düşmən işğalı altındadır. Əsgərlərimiz bu kəndlərin azad edilməsi uğrunda döyüş əməliyyatlarını davam etdirirlər. Ötən gecə rayon ərazisi ermənilər tərəfindən ara-sıra atəşə tutulub.
Laçın rayonunun şimalında mövqe döyüşləri davam edir. Buradakı döyüşçülərimiz ələ keçirdikləri mövqelərdə möhkəmlənirlər. Dünən Laçının cənubunda, Güləbird kəndi istiqamətində atışmalar baş verib.
Digər münaqişə bölgələrində nisbi sakitlik olub.