Zəngilan rayonunun düşmən tərəfindən zəbt olunmuş kəndlərinin azad olunması uğrunda döyüşlər davam edir. Dünən axşam və bu gün bizim bölmələrimiz erməni-faşist mövqelərini top atəşinə tutublar.
Dünən, dekabrın 14-də, axşam Füzuli rayonunun mərkəzi və Divanallar, Cəmilli kəndləri erməni mövqelərindən güclü top atəşinə tutulub.
Ötən gecə isə düşmən Qarakənd, Əsgəran və Kətik istiqamətlərindən Ağdam şəhərini və ətraf kəndləri güclü artilleriya atəşinə məruz qoyub. Bu atəş nəticəsində həm Füzuli, həm də Ağdam şəhərində dağıntılar var.