Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Hazırda Azərbaycanın qaynar nöqtəsi olan Zəngilan rayonunda, Azərbaycanın Ermənistanla sərhəd bölgələrində gedən qızğın döyüşlərdə erməni işğalından azad edilmiş kəndlərimizin sayı gündən-günə artır. Şayıflı, Şərikan, Burunlu, Aşağı və Yuxarı Göyəli kəndlərinə Milli Ordu nəzarət edir. Qazançı və Günqışlaq kəndlərində möhkəmlənmiş düşmən mövqelərimizi azad etmək üçün aparılan hücum əməliyyatlarını çətinləşdirməyə çalışır.
Ötən gecə Qubadlı rayonunun Əyin və Tarovlu kəndləri Ermənistan ərazisindən atəşə tutulub. Döyüşçülərimiz sərhədi bərkidərək düşmənin hər bir yeni həmləsini dəf etməyə hazırdılar. Erməni hücumundan sonra Zəngilan və Qubadlı rayonlarında döyüşlərin davam etməsinə baxmayaraq bu bölgədə vəziyyət normal məcraya düşür. Bu gündən etibarən Qubadlı və Zəngilanda elektrik xətlər bərpa olunub, evlər yenidən işıqlanıb.
Saat 13:00-dan başlayaraq Füzuli rayonunun ərazisi “Qrad” qurğularından, top və tanklardan atəşə tutulub. Dağıntılar var. Təlafat haqqında məlumat dəqiqləşdirilir. Cavab atəşilə ermənilərin 1 tankını, 2 döyüş sursatıyla dolu hərbi avtomaşını vurulub. Qırmızıbazar istiqamətindən hərəkət edən avtokarvan geri dönməyə məcbur edilib. Topçularımız saat 17:30-a qədər düşmənin bütün atəş nötələrini susdurublar.