Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Dekabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Hazırda Azərbaycanın qaynar nöqtəsi olan Zəngilan rayonunda vəziyyət gərgin olaraq qalır. Şayıflı, Burunlu, Şərikan, Aşağı və Yuxarı Göyəli və Seyidlər kəndlərinə bizim döyüşçülər nəzarət edir. Qazançı və Günqışlaq kəndlərində möhkəmlənmiş düşmən digər kəndlərimizi daimi atəş altında saxladığından yerdə qalan kəndləri azad etmək hələlik mümkün olmamışdır.
Qubadlı rayonunun Ermənistanla sərhədində də vəziyyət ağır olaraq qalır. Bu bölgədə yerləşən döyüşçülərimiz düşmənin yeni hücumunun qarşısını almaq üçün əlavə tədbirlər görürlər. Ötən gecə Əyin və Qarovlu kəndlərindəki mövqelərimiz avtomat və pulemyotlardan ara-sıra atəşə tutulub.
Laçın rayonunun şimal hissəsində mövqe döyüşləri davam edir. Bölmələrimiz ələ keçirdikləri yeni mövqelərdə möhkəmlənirlər.
Qarabağ ərazisində - Cəbrayıl istiqamətində ara-sıra atışmalar olub. Digər münaqişə bölgələrində nisbi sakitlik olub.