Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Ağdam cəbhəsində vəziyyət gərgin olaraq qalır. Ermənistan ekspedisiya korpusunun bölmələri rayonun Mərzili kəndi istiqamətində mövqelərini möhkəmləndirməyə cəhd göstərirlər. Azərbaycan Silahlı Qüvvələrinin hissələri düşmənin qüvvə topladığı nöqtələrə sarsıdıcı zərbələr endirirlər.
İgid döyüşçülərimiz düşmənin Laçının şimalındakı Çilyaz yüksəkliyinə hücumu dəf edərək onu geri oturdublar.
Dünən gecə Kəlbəcər rayonunun Dikyurd məntəqəsi, Zəngilan rayonunun Ağkənd, Qazançı, Seyidlər və Şərikan kəndləri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə məruz qalıb. Eyni zamanda ermənilər Yuxarı Veysəlli, Uryandağ və Çartaz istiqamətindən Füzuli bölgəsindəki mövqelərimizi atəşə tutublar. Topçularımız düşməni susdurmaq üçün cavab atəşi açaraq onun 1 “Qrad” qurğusunu məhv ediblər.