Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Dekabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Ötən gecə ərzində münaqişə bölgələrində əməliyyat şəraitində əhəmiyyətli dəyişikliklər baş verməyib. Bəzi sərhəd bölgələrimiz yenə də düşmən tərəfindən atəşə tutulub. Dünən gecə Kəlbəcərin Dikyurd sahəsi və Zəngilan rayonunun Qazançı, Seyidlər, Ağkənd və Şərikan kəndləri Ermənistan ərazisindən top və tanklardan, eləcə də yüngül silahlardan atəşə tutulub.
Qarabağ bölgəsində isə əsas gərginlik Füzuli rayonunda müşahidə edilib. Çartaz, Veysəlli və Uryandağ istiqamətindən ətraf kəndlər atəşə tutulub. Zərərçəkən yoxdur. Cavab atəşi ilə düşmən susdurulub. Düşmənin 1 Qrad qurğusu məhv edilib.