Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Son günlər Ağdam cəbhəsində vəziyyət son dərəcə kəskinləşib. Dünən erməni silahlı qüvvələri üç istiqamətdə mövqelərimizə hücum ediblər. Qarakənd tərəfdən Mərzili kəndinə hücum edən düşmən zirehli texnikanın köməyi ilə müdafiə sədlərimizi yarıb Mərzili kəndinə daxil olmağa müvəffəq olmuşdular. 3 saat davam edən qızğın döyüşlər nəticəsində bölmələrimiz düşməni kənddən 4-5 km geri atıblar. Bu vuruşmada düşmənin 4 zirehli texnikası və 15 əsgəri məhv edilib. Ermənilərin Xramort kəndinə hücumunun da qarşısını almaq mümkün olub. Bütün bu müddət ərzində ermənilər Ağdam şəhərini və rayonun bir sıra yaşayış məntəqələrini atəşə tutublar. Ötən gecə vəziyyət bir qədər sabitləşsə də, gərginlik hələ də qalmaqdadır.
Dekabrın 6-da, saat 15:57-də Xocavənd rayonunun Muğanlı kəndi üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinin SU-24 təyyarəsi qəzaya uğrayıb. Hər iki pilot həlak olub. Qəzanın törənmə səbəbləri müəyyənləşdirilir.