Dünən axşam və dekabrın 5-nə keçən gecə münaqişə bölgələrində vəziyyət əsasən dəyişməyib. Axşam Zəngilan rayonunun Qazançı kəndi Ermənistanın Qafan rayonu ərazisindən toplardan və iriçaplı pulemyotlardan atəşə tutulub. Topçularımız ermənilərə layiqli cavab verəndən sonra düşmən öz atəşini dayandırıb. Bu gün səhər isə Ağdam cəbhəsində yerləşən mövqelərimizə Qarakənd istiqamətindən əvvəlcə top atəşi açılıb, sonra isə düşmən tankı və PDM-in köməyi ilə hücum etməyə cəhd edib. Düşmənə dərhal cavab atəşi açıldıqdan sonra düşmən geri çəkilib.