Laçın rayonunun şimal hissəsində öz hücum əməllərinin puça çıxdığını görən erməni işğalçıları yenidən dövlət sərhədimizi pozaraq dünən, dekabrın 3-də Hocaz istiqamətində yerləşən mövqelərimizə hücum ediblər. Düşmənin hücumu dəf edilib. 30-dan atıq erməni qulduru məhv edilib. Tiqik 1 kəndi ətrafında döyüşlərdə də erməni hücumuna güclü müqavimət göstərilib. Bu gün düşmən Laçın rayonunun cənubunda yerləşən Güləbird kəndi ətrafındakı mövqelərimizi işğal olunmuş Quşçular kəndi istiqamətindən atəşə tutmağa başlamış və yalnız döyüşçülərimizin cavab atəşindən sonra bölgədə sakitlik bərqərar olmuşdur.
Ötən gecə Zəngilan rayonunun Qazançı, Seyidlər və Ağkənd məntəqələri yenə də Qafan istiqamətindən ağır və yüngül silahlardan atəşə tutulub. Bizim döyüşçülər cavab atəşi açaraq düşmənin atəş nöqtələrini susdurublar.