Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Laçın rayonunun şimal hissəsində öz hücum əməllərinin puça çıxdığını görən erməni işğalçıları yenidən dövlət sərhədimizi pozaraq dünən, dekabrın 3-də Hocaz istiqamətində yerləşən mövqelərimizə hücum ediblər. Düşmənin hücumu dəf edilib. 31 erməni qulduru məhv edilib. Tiqik 1 kəndi ətrafında döyüşlərdə də erməni hücumuna güclü müqavimət göstərilib.
Ötən gecə Zəngilan rayonunun Qazançı, Seyidlər və Ağkənd məntəqələri yenə də Qafan istiqamətindən ağır və yüngül silahlardan atəşə tutulub. Biz tərəfdən cavab atəşi açılıb.