Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Hücum planlarının pozulduğunu görən erməni silahlı birləşmələri həm sərhəd bölgəsində, həm də Qarabağda yerləşən bəzi yaşayış məntəqələrimizi atəşə tuturlar. Dünən Ağdam şəhəri Xanabad istiqamətindən atəşə tutulub. “Qrad” qurğularından atılan mərmilər şəhərdə dağıntı törədib. Dünən axşam Zəngilan rayonunun Ağkənd, Qazançı, Seyidlər, Yuxarı Göyəli kəndləri Qafan rayonu istiqamətindən müxtəlif təyinatlı silahlardan, o cümlədən “Qrad” tipli qurğulardan atəşə tutulub. Burada yerləşən topçularımızın cavab atəşilə düşmənin atəş nöqtələri susdurulduqdan sonra bölgədə sakitlik bərqarar olmuşdur.
Laçın rayonunda vəziyyət gərgin olaraq qalır. Cəbhə boyu müxtəlif yerlərdə atışmalar davam edir.