Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Dekabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Son həftə ərzində Laçın bölgəsinin şimal hissəsində gedən ağır döyüşlərdən sonra dünəndən bəri vəziyyət nisbətən sabitləşib. Bu cəbhədə erməni birləşmələrinin bütün həmlələri dəf edilib. Laçın qoşun hissələrimiz düşmənə tutarlı zərbələr endirərək onu taqətdən salıblar. Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanlığı tutduğumuz mövqeləri və düşməndən azad edilmiş yaşayış məntəqələrimizi qorumaqdan ötrü zəruri tədbirlər görürlər.
Azərbaycan Ordunun bölmələri öz mövqelərini möhkəm saxlayaraq erməni ekspedisiya korpusu hissələrinə Qarabağ ərazisində fəal hücum əməliyyatları keçirməyə imkan vermirlər. Bunun əvəzində erməni artilleriyası heç bir hərbi əhəmiyyət kəsb etməyən yaşayış məntəqələrimizi daima atəş altında saxlamağa çalışır. Bu da erməni işğalçılarının vəhşi mahiyyətini daha da aydın bildirir. Ağdam şəhərinin dünən axşam “Qrad” raketləri ilə atəşə tutulması buna dəlalət edir. Əlbəttə, döyüşçülərimiz düşmən atəşlərini cavabsız qoymurlar. Dünən Zəngilan rayonunun Ağkənd, Seyidlər və Qazançı kəndlərinin atəşə tutulmasını kəsmək üçün topçularımız Ermənistanın Qafan rayonu ərazisində yerləşən düşmənin atəş mövqelərini darmadağın ediblər.