Ermənistandan Laçın yolu ilə gətirilən əlavə qüvvə hesabına fəallaşan erməni silahlı birləşmələri Laçın rayonundakı mövqelərimizi ələ keçirməyə can atırlar. Düşmən xüsusilə Laçının şimalında üstünlük qazanmağa çalışır. Burada yerləşən bölmələrimiz ermənilərin getdikcə artan təzyiqi altında bəzi mövqelərdən geri çəkilməyə məcbur olublar.
Laçın rayonunun cənubunu işğal etmiş erməni hərbi birləşmələri Qubadlı rayonunun şimalında yerləşən mövqelərimizi müxtəlif təyinatlı silahlardan atəşə tutublar. Dünən axşam düşmən ələ keçirtdiyi Quşçular kəndi tərəfdən mövqelərimizi atəşə tutub. Eyni vaxtda Əyin kəndi də Ermənistanın Gorus rayonu ərazisindən atəşə məruz qalıb. Döyüşçülərimiz cavab atəşilə düşməni susdurmağa müvəffəq olublar.