Bu gün mərkəzin əməkdaşı l-t C.L.Balayev MDB BSQ-nin Sulqoruyan Qüvvələrin komandanı geneal-mayor Qluşukdan dünən, sentyabrın 30-da Qazax rayonunda, münaqişə zonasında müşahidə etdikləri vəziyyət barədə məlumat istəmişdir. General Qluşuk onu müşahidəçilərlə tanış etmişdir.
Müşahidəçilərin dediklərinə görə, onlar özləri heç bir atışma görməmişlər. Lakin qarnizonda görüş zamanı əsgərlər rayona 3 mərmi atdığını söyləmişlər. Bu isə onlara əsas vermir ki, atışmanın olduğunu rəsmən təsdiq etsinlər. General Qluşuk bildirdi ki, əlavə bir məlumat alarsa, özümüz sizə bildirəcəyik. Sabah 9:00-dan biz Qubadlıya uçuruq, yaxşı olar ki, İnformasiya şöbəsinin bir əməkdaşı da bizimlə getsin.