Dünən axşam və oktyabrın 3-nə keçən gecə münaqişə bölgələrində vəziyyət əsasən dəyişməyib. Ermənistan-Azərbaycan sərhəd boyu yerləşən mövqe və yaşayış məntəqələrimiz düşmən tərəfindən yenidən atəşə tutulub. Dünən axşam saat 20-də Qazax rayonunun Quşçu Ayrım və Kazar kəndlərinə Ermənistanın Çarkənd istiqamətindən atəş açılıb. Kəndlərimizin yaxınlığında 2 top mərmisi partlayıb. Dağıntı olmayıb. Ötən gecə Zəngilan rayonunun sərhəd kəndləri Ermənistanın Mehri və Qafan rayonları tərəfindən top atəşinə məruz qalıb. Atəş səhərə yaxın kəsilib.
Qarabağda erməni ekspedisiya korpusunun hissələri öz məqsədlərindən ötrü atəşin dayandırılması barədə sazişdən istifadə etməyə çalışır. Oktyabrın 3-nə keçən gecə saat 3-4 arasında ermənilərin işğal etdiyi Qarakənd və Miruşen məntəqələrindən Ağdam rayonunun Mərzili, İsmayılbəyli və Bağbanlar kəndləri tank və PDM-lərdən atəşə tutulub.
Digər münaqişə bölgələrində nisbi sakitlik olub.