Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Oktyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

 Münaqişə bölgələrində vəziyyət gərgin olaraq qalır. Erməni eksterimistləri hətta Rusiya müşahidəçilərinin olduğu bölgələri də atəşə tutmaqdan çəkinmirlər. Dünən axşam onlar Gədəbəy rayonunun ərazisini atəşə tutublar. Oktyabrın 13-də Ermənistanın Noyenberyan rayonu ərazisindən havaya qalxan təyyarə Qazax rayonunun Poylu qəsəbəsindəki körpünü partlatmaq məqsədilə bu əraziyə bomba atıb. Lakin düşmən məqsədinə çatmayıb.
Dünən axşam Zəngilan rayonunun Qazançı, Nəcəflər, Ağkənd və Seyidlər kəndləri avtomatlardan, Naxçıvan MR-nın Şərur rayonunun ərazisi toplardan güclü atəşə tutulub. Gəvəzi kəndində 3 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Qarabağda vəziyyət xeyli gərginləşib. Düşmən Füzuli istiqamətində əlavə qüvvə toplayaraq mövqelərimizə yeni həmlələr edir. Dünən axşamdan başlayaraq bu gün səhərədək Ağdam şəhəri və rayonun cəbhə xəttinə yaxın kəndləri erməni mövqelərindən atəşə tutulub. Ağdərə istiqamətində yerləşən bölmələrimiz Sırxavənd ətrafında döyüş əməliyyatlarını davam etdirirlər.