Azərbaycanın həm sərhəd bölgələrində, həm də ayrılmaz hissəsi olan Qarabağda vəziyyət gərgin olaraq qalır. Dünən axşam Qazax rayonunun Ağköynək kəndi iriçaplı pulemyotlardan, Fərəhli kəndi isə toplardan atəşə tutulub. Elə bu vaxt Ağstafanın Köhnə Qışlaq kəndi toplardan, Gədəbəyin Mormor kəndindəki mövqelərimiz avtomat və pulemyotlardan atəşə məruz qalıb.
Qubadlı və Laçın bölgəsində döyüşlər ara vermir. Dünən düşmən yenə də dövlət sərhədini pozaraq Xındzoresk, Cicimli istiqamətində hücum cəhdi göstəriblər. Eyni zamanda düşmən Aşağı Fərəcan və Quşçular istiqamətində mövqelərimizə həmlələr ediblər. Ermənilərin bu cəhdlərinin qarşısı alınıb.
Ordumuzun Qarabağda yerləşən bölmələri Ağdərə-Ağdam istiqamətində döyüş əməliyyatlarını davam etdirirlər. Gülablı istiqamətində düşmənin 2 tankını və 3 PDM-ni məhv ediblər.